четверг, 13 января 2011 г.

Məhdudlaşdırılmış Düşüncələr



Hər gün yeniləşən dünyamızda geridə qalan hərəkətlərimiz gələcəyimizə uğurlu və yaxud uğursuz addım atmağımıza şərait yaradır. Bu addımlarımızda valideyinlərimizində hədsiz rolu vardır . Valideyinlərin (övladlarının az qala hər işinə olan) müdaxilələri gənclərin inkişafına , müstəqil həyata atılmasına mane olur . Əslindəsə valdeyin uşaqlarının həyatdakı mövqeyini ve həyata baxışlarını mehdudlaşdırmış olur. Ola bilər valideyinlər bunları bilə-bilə etmir (Qayğı naminə edir) ancaq övladına həyata atılmaq üçün , həyatı anlamağı üçün öz qadağaları ilə onun öz şərtləri əhatəsində böyüdür. Bu da ölkəmizdə daha aktiv dünya görüşlü şəxslərin inkişafına zərbədir. Azərbaycanda dəmək olarki 99 % ailədə bu müdaxilələr mövcuddur.Düşündüyüm dünya görüşünə malik olan 1 % valideyinlərsə hər zaman övladlarına dəstək çıxaraq övladlarının da özləri kimi dünya görüşünə sahib olmasına yardım edirlər . Bu mətni Atamın yolunu davam etdirmək üçün yazdım

 Necə deyərlər məhdud düşüncəli cəmiyyətdə fəhlənin oğlu düşünmədən oxumur ." Onsuz da fəhlə olacam da " deyib heç bir biliyə yiyələnmir və nəticədə daha bir savadsız artır.Buna görədə sonda əlindən gələn iş ancaq fəhləlik olur.  (xahiş edirəm heç kəs səhf başa düşməsin fəhlələri pisləmirəm ! çoxunluqla onların arasında olan dar düşüncəliləri )
 Məndə atamın yolunu davam etdirmək istəyirəm cəsarətli , dinamik ,  ailəcanlı atamdan aldığım müasir tərbiyəylə və yüksək iddialarımla məndən sonra doğacaq genetik nəslimə bu aktivliyi ötürmək






Men blogger deyiləm özüm üçün yazıram daxili boşaltmaq üçün  və yazilarımda Nöqtələr , vergüllər gözlənilmir .. Aglıma əsəni yaziram bu yazılar Blogger olmağa yönələn bir təcrübədir. 

1 комментарий: